1 Aprel, 2014
Georgi Haci “TT Arena”da olacaq

Əfsanəvi futbolçu mükafatlandırılacaq

Simsar.az xəbər verir ki, “Qalatasaray”ın əfsanəvi futbolçusu Georgi Haci 6 apreldə baş tutacaq “Qalatasaray” – “Fənərbaxça” matçından öncə arenada olacaq. “Qalatasaray” əfsanələrini anır” layihəsinə təşrif buyuracaq Haci derbidən əvvəl mükfatlandırılacaq.

Qeyd edək ki, rumıniyalı futbol əfsanəsi “Cim-Bom” forması ilə 4 Super Liqa çempionluğu, UEFA Kuboku və UEFA Super Kubokuna sahib çıxıb. “Qalatasaray”da məşqçi kimi də özünü sınayan Haci böyük uğurlara imza ata bilməsə də, Türkiyə Kubokunu başı üzərinə qaldırmağı bacarıb.

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!