1 Aprel, 2014
Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu itki verib

Simsar.az-ın məlumatına görə, hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılan Akif Aydın oğlu Baxşıyev döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!