1 Aprel, 2014
“Qalatasaray” da UEFA yarışlarından kənar qala bilər

Ali futbol qurumu “Cim-Bom”a 10 gün vaxt verib

Simsar.az Sporx.com-a istinadən xəbər verir ki, UEFA Maliyyə Fair-Play (Financial Fair Play) qanunları çərçivəsində hesabları yoxlanılan “Qalatasaray”a bu gün xəbərdarlıq gəlib. Cari ilin fevral ayında başlanan yoxlamanın nəticəsi olaraq göndərilən məktubda UEFA-nın istintaqa başladığı bildirilib. Xəbərdarlıqda UEFA həmçinin klubdan 10 aprel tarixinədək müdafiə məqsədli yazı tələb edib.

Ali qurumun, “Bursaspor” klubu üçün də istintaqa başladığı və bu kluba da 10 gün vaxt veridiyi məlum olub.

UEFA-dan “Qalatasaray” və “Bursaspor”a gələn məktublar  klubların UEFA klub lisenziyasına görə Avropa yarışlarından kənar qalmaq təhlükəsi ilə üz-üzə qoyub. Bundan əvvəl, eyni səbəblə “Beşiktaş”ı UEFA yarışlarından  kənarlaşdıran ali qurum bu dəfə iki türk klubu barədə bu cür qərar çıxara bilər.

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!