1 Aprel, 2014
Məmmədyarovla Nalbandyanın görüş tarixi dəqiqləşdi

Ermənistanın xarici işlər naziri Edvard Nalbadnyan 2- 4 aprel tarixlərində Rusiyaya səfər edəcək. Simsar.az news.am-a istinadən xəbər verir ki, Edvard Nalbadyan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda məruzə keçəcək. Növbəti gün isə MDB-nin sammitində iştirak edəcək. 4 apreldə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Xatırladaq ki, sonuncu dəfə 11 martda ATƏT-in Minsk qurupunun həmsədrləri xarici işlər naziri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüş keçiriblər.

Aynur Bayramova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!