1 Aprel, 2014
"06" ilə "Lada" toqquşdu - Xəsarət alanlar var

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az-ın verdiyi məlumata görə, 22 BY 256 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil ilə 27 BH 827 dövlət nömrə nişanlı “Lada-Priora” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü, Xaçmaz rayonu Ağaverdioba kənd sakini, 38 yaşlı Ədalət Xanəliyev müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Digər yaralı Ləcət kənd sakini, 33 yaşlı Ədalət Tayıbov isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!