1 Aprel, 2014
Qazprom Ukrayna üçün qiymətləri qaldırdı

Ukrayna üçün Rusiya qazı 2-ci kvartaldan başlayaraq min kubu 268.5-dən 385.5 dollara qaldırılıb. Simsar.az RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb kimi Ukraynanın borcunu ödəyə bilməməsidir. Bu barədə “Qazprom”un rəhbərlik nümayəndəsi Aleksey Miller danışıb: “Hazırki sənədə əsasən Ukraynaya verilən qazın qiyməti 385.5 dollar olacaq. “Dekabr endirimi” artıq keçərli deyil. Buna səbəb Ukraynanın 2013-cü ilə olan borcunu ödəməməsi və borclarının artmasıdır”. Onun sözlərinə görə Ukrayna hazırda 1.711 milyon borc yığıb. 

Qeyd edək ki, 2013-cü ildə Rusiya ilə Ukrayna arasında bağlanmış razılaşmaya görə 2014-cü iləd Ukraynaya çatdırılacaq qazın qiyməti 268.5 dollar olacaq. Ümumilikdə Ukraynanın planlarında 2014-cü ildə Rusiyadan 27-30 milyard kub qaz almaq idi. Lakin martın 26-da Ukraynanın enerji holdinqi bildirib ki, qazın Avropadan alınması daha məqsədəuyğundur.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!