31 Mart, 2014
400 kiloqram yararsız məhsul satışdan çıxarıldı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar satışdan çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Bakının Nizami, Suraxanı rayonlarında, Sumqayıt, Qəbələ, Lənkəran, Şəmkir, Qazax, Saatlı, Bərdə, Xudat şəhərlərində, Samux, Siyəzən, Ağdam rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 400 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!