31 Mart, 2014
Ukrayna Rusiyaya nota verdi

Ukrayna Rusiyaya nota verib.

Simsar.az-ın məlumatına görə, Ukraynanın xarici işlər nazirliyi Rusiyanın baş naziri Dmitri Medvedevin Krıma səfəri ilə bağlı rəsmi Moskvaya etirazını bildirib.

Notada bildirilir ki, xarici ölkə rəsmisinin Ukrayna hökuməti ilə razılaşmadan Krıma səfər etməsi beynəlxalq hüquqa və diplomatik qaydaların kobud pozulmasıdır.

Qeyd edək ki, Medvedev Krıma bu gün səfər edib.

Xatırladaq ki, Ukraynada millətçi dairələr Yanukoviç hakimiyyətini devirəndən sonra Rusiya Krıma hərbi təcavüz edib. Martın 16-da keçirilən referendumdan sonra Krım Rusiyaya birləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!