31 Mart, 2014
Bələdiyyəyə seçilmədi, ürəyi partladı

Simsar.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Bursanın Böyükşorxan mahalında MHP-nin bələdiyyə namizədi olan 54 yaşlı Xəlil İbrahim Koçdəmir səhərə yaxın evində infakt keçirib. Xəstəxanaya aparılan Koçdəmir həyatını itirib. 
Dünən keçirilən seçkilərdə Böyükşorxanda AKP namizədi Həsən Daş 3923 səslə 49, 4 faizlə bələdiyyə başçısı seçilib. Seçkidə MHP namizədi Xəlil İbrahim Koçdəmir isə 3541 səslə 44,6 faiz toplayaraq seçilməyib.

Xəlil İbrahim Koçdəmir dünən gecə seçki nəticələri bəlli olduqdan sonra evə gedib. Səhərə yaxın halı pisləşən Koçdəmir infakt keçirərək, saat 10:15-də vəfat edib.

Turanə İbrahimi

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!