31 Mart, 2014
Bələdiyyə sədrliyinə namizəd güllələndi

“Səadət” partiyasının Siirt bələdiyyəsinə sədrliyə namizəd Bəhmən Aydın silahlı hücuma məruz qalıb. Simsar.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hücum zamanı beş nəfər xəsarət alıb. Bəhmən Aydın isə həyatını itirib.

Qeyd edək ki, dünənki seçkilərdə AKP-li namizəd Məhməd Məsud Məmduoğlu 505 səslə qalib olub. Mərhum namizəd isə 382 səs toplayıb.

Turanə İbrahimi


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!