31 Mart, 2014
"Hər mövsüm bir işıq" – Layihə

Azərbaycan və Türkiyənin ortaq mədəniyyətinin dəyərli şəxsiyyətlərini anlamaq və təbliğ etmək üçün yeni bir layihə hazırlanıb. Layihədə Azərbaycan ilə Türkiyənin müştərək mədəni dəyərləri və bu dəyərlərin yaşadılması üçün xüsusi xidmətlər göstərən mühüm şəxsiyyətlər müxtəlif tədbirlərilə yad edilir. Bu cür fəaliyyətlərə Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) tərəfindən dəstək verilir.
Orta məktəblərin 7-8-9-cu sinif şagirdlərinə yönəlik bu layihə çərçivəsində, Azərbaycan və Türkiyənin önəmli şəxsiyyətləri haqqında hər üç ayda bir, mükafatlı inşa yarışmalarının təşkil olunması nəzərdə tutulub. Layihənin ilk mərhələsində Azərbaycan və Türk Dünyasının önəmli şəxsiyyətlərindən biri Əlibəy Hüseynzadə haqqında inşa yarışması keçiriləcək. Layihənin təqdimatı və yarışmanın elanı ilə əlaqədar 01 Aprel 2014 tarixində bir tədbir keçiriləcək.




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!