31 Mart, 2014
Soyqırım qurbanları Bakı Ali Neft Məktəbində anıldı

Simsar.az-ın verdiyi məlumata görə, Bakı Ali Neft Məktəbində 31 mart soyqırım qurbanlarının anım mərasimi keçirilib. Mərasimdən əvvəl 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi açan rektor Elmar Qasımov XX əsrin əvvəllərində Qafqazda baş vermiş siyasi hadisələrin tarixindən danışıb. Erməni daşnaklarının Naxçıvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda, Şamaxıda, Qubada, Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri sadalayıb, bunların erməni millətinin özgə torpaqlarını mənimsəmək xislətindən irəli gəldiyini qeyd edib. Ümummilli lider Heydər Əliyev tərəfindən 1918-ci il mart hadisələrinə siyasi qiymət verilməsi haqqında sərəncam verdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlar əldə etdiyini, beynəlxalq aləmdə ermənilərin çirkin siyasətinin iflasa uğraması üçün miqyaslı və səmərəli tədbirlər həyata keçirildiyini vurğulayıb. Gəncləri dövlətçilik amalları ətrafında birləşməyə, ölkəmizin maraqlarını daim müdafiə etməyə çağırıb. Sonda tələbələrin hazırladığı mart hadisələrinə həsr olunmuş film nümayiş etdirilib. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!