29 Mart, 2014
Livan-Suriya sərhədində partlayış

Livan-Suriya sərhədində hərbiçilərinin Ərsal nəzarət-keçid məntəqəsində baş verən terror basqını nəticəsində azı 3 nəfər həlak olub.

Simsar.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, «əl-Ərəbiyyə» telekanalı bu haqda xəbər yayıb.

Mənbə bildirib ki, terrorçu - intiharçı minalanmış avtomobilini Livan ordusunun nəzarət –keçid məntəqəsində partladıb. 6-dan çox insan xəsarət alıb.

Məlumata əsasən Ərsalda minlərə suriyalı qaçqın, o cümlədən Suriyadakı Bəşar Əsəd rejimindən qaçanlar yaşayır.

Hücumun məsuliyyətini «Baalbək briqadası» üzərinə götürüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!