4 Mart, 2011
"Domodedovo" ilə bağlı şübhəlilərə ittiham təqdim olunub

3 nəfər üsyançı Şimali Qafqaz bölgəsinin sakinləridir

Yanvarda Rusiya paytaxtının "Domodevo" hava limanında törədilmiş hücumla bağlı şübhəli bilinənlərə qarşı ilk dəfə rəsmi ittiham təqdim olunub.

İttiham 3 nəfərə qarşı irəli sürülüb.
Onlardan ikisi hücumu həyata keçirən intiharçının qardaş və bacısıdır.
Prokurorluq qrupu silah hazırlanması və terrorçuluqda suçlayır.
Onlar ittihamları rəd ediblər.

3 nəfər üsyançı Şimali Qafqaz bölgəsinin sakinləridir.
Çeçen silahlıların səhra komandiri Doku Umarov partlayışla bağlı məsuliyyəti öz üzərinə götürərək, hücumların davam etdiriləcəyini bəyan edib.

Domodedovodakı intiharçı basqın 37 adamın ölümünə bais olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!