3 Mart, 2011
Bakı Hərbi Birləşməsinə komandir təyin olundu

General-leytenant Rövşən Əkbərovu general-leytenant Kərim Vəliyev əvəzlədi

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-leytenant Kərim Vəliyevin Bakı Hərbi Birləşməsinin komandiri təyin edilməsi haqqında əmr imzalayıb.

APA-nın məlumatına görə, K. Vəliyev bu vəzifədə 3-cü Ordu Birləşməsinin komandiri təyin edilmiş general-leytenant Rövşən Əkbərovu əvəz edəcək.

Qeyd edək ki, bu təyinata qədər K. Vəliyev Müdafiə Nazirliyinin Hərbi-Strateji Araşdırmalar Mərkəzinin rəisi işləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!