28 Mart, 2014
Süddə çimmək işçilərə baha başa gəldi

Rusiyanın Omsk vilayətinin Rospotrebnadzor İdarəsi “Torqovıy dom Sırı” zavodunun fəaliyyətinə qadağa qoyub. Simsar.az vesti.ru-ya istinadən xəbər verir ki, buna səbəb zavod işçilərinin istehsal üçün nəzərdə tutulmuş südün içində çimməkləri və əyləncə videolarını internetə yükləmələri olub. Zavodda növbədənkənar keçirilmiş yoxlamada məlum olub ki, bərpa işlərinin aparılmasına baxmayaraq fəaliyyətə ara verilməyib. Həmçinin zavodda şəxsi gigiyena qaydalarına da əməl olunmur. Faktla bağlı materiallar məhkəməyə baxış üçün təqdim olunublar.

Qeyd edək ki, yoxlamalara səbəb martın 25-də Rospotrebnadzora gələn müraciət olub. Onlara təqdim olunan videoda zavodun işçiləri ad günü qeyd edirlər və bunun şərəfinə istehsal üçün nəzərdə tutulmuş süddə çimirlər.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!