22 Mart, 2014
Dələ - “Dünyanın 10 ən ağıllı heyvanı” - MARAQLI

Bizim planetimizdə çoxsaylı gözəl canlılar yaşayırlar. Alimlər artıq uzun müddətdir ki, onlardan hansının ən ağıllı olduğunu araşdırırlar. Simsar.az  alimlərin “Dünyanın 10 ən ağıllı heyvanı” hesab etdiyi heyvanların siyahısını və onlar haqqında məlumatı sizə təqdim edir. Ən ağıllı heyvanlar silsiləsindən 7-ci yerin sahibi – DƏLƏ

7-ci yer: Dələ

Beyni noxuddan bir az böyük olan bu balaca heyvan ərazidə çox rahat hərəkət edir, həmçinin onun inkişaf etmiş intellekti və fenomenal yaddaşı var. Onlar düşünə və analiz edə bilirlər. Onları fərqləndirən xüsusiyyətlərindən biri də odur ki, onlar qışa qoz yığırlar. Onlar qış yuxusuna getmirlər və soyuqda sağ qalmaq üçün 3 mindən artıq qoz yığmalı olurlar. Bəzi qozları torpaqda, bəzilərin isə ağaclarda gizlədirlər. Bu iş çox qüvvə tələb edir. Yaddaşları güclü olduğundan onlar gizlətdikləri qozun yerini 2 aydan sonra belə xatırlayırlar. Çox çətindir! Təsəvvür edin 3 min gizlədilmiş qozun yerin xatırlamaq. Lakin onların içində dələduzları da olur. Özlərinə əziyyət vermək istəməyən dələlər digər dələnin yığdığı qozu gizlətməsini gözləyirlər və o ərazidən uzaqlaşdıqda həmin qozu oğurlayırlar. Lakin dələ onu izləyəni görsə o özünü elə aparır ki, güya qozu yerə basdırır. Dələduz dələ boş yerdən qozu axtaran zaman digər dələ qozu yaxşı bir yerə gizlədir. Bu intellektin göstəricisi deyil məgər? Onlar hər şeyi gəmirdiklərindən onları ziyan vuran hesab edirlər. Lakin onların sürəti, ağlı və yaddaşı onları unikal edir.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!