3 Mart, 2011
“MÜXALİFƏT MƏNƏM” – “KİMSƏ ÖZÜNƏ NAPALEON DA DEYƏ BİLƏR

Nürəddin Məmmədli: “Əli Kərimlinin mandatını mənimsəyib, parlamentə düşən şəxsin özünü müxalifət adlandırmağa haqqı çatmır»

«Mən özümü müxalifət nümayəndəsi hesab edirəm və müxalifətçiliyim də həmişə meydanda olub. Bu gün də Azərbaycanın istənilən probleminə müxalifətəm. Amma mənim müxalifliyim fərdlərə qarşı deyil və məqsədimiz də dünyagörüşümüzü hakim etməkdir». 

Bunu «Gündəlik Bakı» qəzetinə müsahibəsində Milli Məclisin deputatı Fərəc Quliyev bildirib.

Simsar.az «Fərəc Quliyevi müxalifətçi hesab edirsinizmi» sualı ilə AXCP və ADP təmsilçilərinə müraciət edib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, parlamentdə müxalifət yoxdur: «Müxalifətçilik brend deyil, fəaliyyətdir. Əli Kərimlinin mandatını mənimsəyib, parlamentə düşən şəxsin özünü müxalifət adlandırmağa haqqı çatmır».

ADP sədri Sərdar Cəlaloğlu bildirir ki, əgər Fərəc Quliyevi müxalifət kimi parlamentə gətiriblərsə, deməli, o, müxalifətçidir: «Kimsə, özünü Napaleon adlandırırsa, biz ona nə deyə bilərik. Ümumiyyətlə, bu cür müzakirələr açmağın tərəfdarı deyiləm. Xaricilər bizə baxıb gülürlər».

Ruslan

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!