3 Mart, 2011
Prezident yeni hərbi müəssisənin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev martın 3-də Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin yeni “AZAD Systems Co” müəssisəsinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub.

Sonra prezident İ. Əliyev rəmzi açılışı bildirən lenti kəsib, müəssisə ilə tanış olub.

Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, müəssisədə 5 yeni istehsal sahəsi yaradılıb, müasir texnoloji avadanlıq quraşdırılıb. Bu, yüksək keyfiyyətli məhsul istehsalına imkan verir.

Prezident İ. Əliyev xarici mütəxəssislərlə söhbət etdikdən sonra müəssisədə istehsal olunan məhsulları əks etdirən videofilmə baxıb.

Sonra dövlət başçısı müəssisənin istehsal sahələrini gəzib, texnoloji prosesi izləyib.

Prezident görülən işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!