3 Mart, 2011
KORRUPSIYAYA QARŞI MÜBARİZƏ İDARƏSİ «161» KİMİ İŞLƏYİRSƏ...

Şikayətçi ancaq «Avto-cavab xanım»ı dinləyir

«Salam. Siz Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə zəng etmisiniz. Sizi növbətçi prokurora yönəldirik».

«161» nömrəsinə zəng edən hər kəs bu sözləri eşidə bilər. Biz də həmin nömrəyə zəng etdik. Avto-cavab aldıq.

Dünən baş prokuror Zakir Qaralovun əmrilə korrupsiyaya qarşı mübarizə çərçivəsində Prokurorluqda Qaynar Xətt yaradılıb.

Xəttin nə dərəcədə «qaynar» olub-olmadığını yoxlamaq üçün Simsar.az -ın əməkdaşı «161»-ə zəng edib. «Avto-cavab xanım» bizi növbətçi prokurora yönəltsə də, zəngimizə cavab verən olmadı.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi «161» kimi işləyirsə...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!