3 Mart, 2011
Saxta diplomu sata bilmədi

İqtisad Universitetinin saxta diplomunu 7500 dollara satan şəxs tutulub

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta diplom satan şəxs tutulub. 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini Faiq Soltanov Azərbaycan Dövlət İqtisad Universitetinin saxta diplomunu hazırlayıb, 7500 dollara satarkən yaxalanıb.

Onun ətrafında əlavə araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!