3 Mart, 2011
Ronaldonun iyunun 7-də “əlvida” deyəcək

Braziliya futbolunun əfsanəsi Ronaldo sonuncu dəfə iyunun 7-də meydançaya çıxacaq

Simsar.az-ın məlumatına görə, həmin gün Braziliya və Rumıniya yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. 

Qarşılaşma San-Paulu şəhərindəki “Estadio du Pakaembu” stadionunda təşkil olunacaq. Braziliya Futbol Federasiyasının prezidenti Rikardo Teyşeyra bildirib ki, Ronaldo vida matçını öz ölkəsində yığmanın forması ilə keçirməyə layiqdir: “Əminəm ki, bu, nəhəng hadisə olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!