3 Mart, 2011
Azərbaycan klubu Avropa kubokunun finalında!

Azərbaycanın voleybolçu qadınlardan ibarət 3 klubu Avropa “Çağırış Kuboku”nun yarımfinalına vəsiqə qazanıb 

Simsar.az-ın məlumatına görə, “Lokomotiv”in ardından “İqtisadçı” və “Azərreyl” də ¼ final mərhələsini uğurla dəf edib. 

“İqtisadçı” Bakıda 3:0 hesabı ilə yendiyi “Kralovo Pole”yə Çexiyada da qalib gəlib – 3:2 (23:25, 19:25, 25:14, 25:22, 15:10). “Azərreyl” isə Finlandiyada 3:2 hesablı məğlubiyyətə uğratdığı “LP Salo”nu Bakıda darmadağın edib – 3:0 (25:20, 25:20, 25:16).

Yarımfinalda “İqtisadçı” “Lokomotiv”lə, “Azərreyl” isə Rusiyanın “Uraloçka-NTMK” komandası ilə üz-üzə gələcək. İlk oyunlar 15-16 martda, cavab görüşləri isə 19-20 martda olacaq. Görüşlərin nəticəsindən asılı olmayaraq, Azərbaycanın ən azı 1 klubu “Çağırış” Kubokunun finalında oynayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!