3 Mart, 2011
“Azərkimya”nın zavodunda yanğın olub

Martın 2-də Sumqayıtda yanğın hadisəsi baş verib

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Azərkimya” Dövlət Şirkətinə məxsus Etilen-Polietilen zavodunun sexlərindən birində polimer ayaqaltılar 200 kvadrat metr sahədə yanıb.

Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, yanğın texnoloji prosesin pozulması nəticəsində baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!