3 Mart, 2011
Daha dörd korrupsioner vəzifəli həbs olundu

Onların arasında DSMF -nin Kürdəmir Şöbəsinin sədri Qismət Abdurrahmanov da var

Saxlanılan şəxslərdən ikisi bələdiyyə sədridir. Şamaxı şəhər bələdiyyəsinin sədri Mürvət Zeynalov, Şamaxı rayonunun Mədrəsə kənd bələdiyyəsinin sədri Fərman Əhmədovla yanaşı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri Mehman Əfəndiyev də saxlanıb. Şamaxı Rayon Polis Şöbəsi faktı təsdiqləyib.

Simsar.az-ın daha bir məlumatına görə, Baş Prokurorluğun müvafiq qurumu tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir Şöbəsinin sədri Qismət Abdurrahmanov həbs edilib.
Həmin şəxslər dünən axşam saatlarında tutulublar. 
İşi Respublika Baş Prokurorluğu araşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!