3 Mart, 2011
“Eurovision-2011” üçün dünyanın ən böyük ekranı quraşdırılacaq

Almaniyada “Eurovision-2011” mahnı müsabiqəsinin hazırlıqları başlayıb

“Eurovision-2011” mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Simsar.az-ın İtv. Az-a istinadən məlumatına görə, Düsseldorfdakı Tusen göydələnində müsabiqəni izləmək üçün dünyanın ən böyük ekranı qurulacaq.


Şou binanın 6.300 m2-lik fasadında quraşdırılan ekranında yayımlanacaq. Görüntünun mümkün qədər keyfiyyətli olması üçün 30-dan çox video-projektordan istifadə olunacaq. Yaxşı hava şəraitində bu binanı Düsseldorfun hər yerindən görmək mümkündür. Tusen göydələni “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək Düsseldorf şəhərinin mərkəzində yerləşir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!