3 Mart, 2011
Bakıda metro vaqonlarında müşahidə kameraları quraşdırılır

Bakı Metropoliteninin vaqonlarında müşahidə kameralarının quraşdırılmasına başlanılıb.

Bu barədə APA-ya Bakı Metropolitenindən məlumat verilib.

İlk dəfə olaraq metronun bütün vaqonlarında kameralar qurulacaq. Kameraların metro tuneldə hərəkətdə olduğu zaman əldə etdiyi görüntülər real vaxt rejimində mərkəzə ötürüləcək. Bununla da metro vaqonları tam olaraq nəzarətdə saxlanılacaq.

Vaqonların sağ və sol oturacaqlarında əyləşmiş sərnişinləri, ümumilikdə vaqonu tam müşahidə altında saxlamaq üçün kameralar hər iki istiqamət üzrə yerləşdirilib.

Qeyd edək ki, metro vaqonlarında kameraların qurulması Türkiyənin «Ekin Technology» şirkəti tərəfindən həyata keçirilir. Şirkət bundan əvvəl Bakı Metropoliteninin stansiyalarında müşahidə kameraları qurub. Həmçinin, şirkət Bakı şəhər Nəzarət İzləmə Sistemi (MOBESE) layihəsində iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!