3 Mart, 2011
Almaniyada amerikalıların avtobusu atəşə tutulub

Frankfurt beynəlxalq hava limanında atışma zamanı iki Amerika hava qüvvələri hərbiçisi öldrülüb.

Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Almaniyanın Frankfurt beynəlxalq hava limanında atışma zamanı iki Amerika hava qüvvələri hərbiçisi öldrülüb, digər ikisi isə yaralanıb. Polisin bildirdiyinə görə, silahlı şəxs hərbiçiləri daşıyan avtobusu atəşə tutub. ABŞ prezidenti hadisəyə görə təəssüf və qəzəbini dilə girib. O deyib ki, Almaniyanın səlahiyyətli nümayəndələri ilə bərabər hadisə araşdırılır və cinayətkarların ədalət məhkəməsi qarşısına çıxaılması üçan birgə iş aparılır.

Almaniya kansleri Angela Merkel hadisə qurbanlarının ailə üzvlərinə  baş sağlığı və insidentin araşdırılması üçün lazım olan hər işin görüləcəyinə vəd verib. Almaniya rəsmiləri hücumçunun 21 yaşlı kosovolu olduğunu müəyyən edib. Onun Kosovonun Mitrovitsa şəhərinin sakini Arif Uka olduğu bildirilir. Kosovonun Daxili İşlər naziri hadisəyə görə təssüfünü bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!