3 Mart, 2011
Ancelina Coli Əfqanıstana gedib

Bu, məşhur aktrisanın xoşməramlı səfir kimi Əfqanıstana ikinci səfəridir.

Hollivudun məşhur aktrisası, BMT Qaçqınlar üzrə Ali Komissralığının (UNHCR) xoşməramlı səfiri Ancelina Coli yerli qaçqınlarla görüşmək üçün Əfqanıstana 3 günlük səfərə gedib. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, bu, Colinin Əfqanıstana ikinci səfəridir. UNHCR Ancelina Colinin səfəri barədə verdiyi açıqlamada aktrisanın fəaliyyətinin qaçqınların ictimaiyyətə yenidən inteqrasiyası istiqamətində olduğunu bildrib. “Qaçqınların ictimaiyyətə inteqrasiyasının vacibliyini vurğulamaq lazımdır. Bu sadəcə onların sığınacaqla təmin edilməsi deyil. Buna istihdam, uşaqlar üçün məktəb və səhiyyə mərkəzlərinin yaradılması da daxildir”.

Qeyd edək ki, müharibə səbəbilə ölkəsini tərk etmiş 5.5 milyondan çox əfqan 2002-ci ildən bəri Əfqanıstana qayıtmağa başlayıb. Əksəriyyəti Pakistana və İrana qaçan sakinlərin qayıtması ilə ölkə əhalisi 20 faiz artıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!