3 Mart, 2011
Robert Geyts: Əvvəlcə Liviyanın hava hücumundan müdafiə sistemini məhv etmək lazımdır

Liviyanın hava məkanını bağlamaq üçün əvvəlcə bu ölkənin hava hücumundan müdafiə sistemini məhv etmək lazımdır. ABŞ Konqresində çıxış edən Pentaqon rəhbəri Robert Geyts bu fikirdədir.

«Gəlin açıq danışaq: uçuşlar üçün qadağan olunmuş zona yaradılması HHM-nin məhvindən başlayır. Ancaq ondan sonra bizim oğlanlar vurulacaqlarından qorxmayaraq bu ölkənin üzərində uça bilərlər», deyə o bildirib.

Geytsin fikrincə, belə bir planın həyata keçirilməsi üçün çoxlu sayda qırıcı lazımdır. «Bir aviadaşıyanla bu məsələni həll etmək olmaz. Bu irimiqyaslı əməliyyat olmalıdır», deyə o əlavə edib.

Xatırladaq ki, bu gecə 2 ABŞ desant gəmisi Süveyş kanalından keçərək Liviya istiqamətinə hərəkət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!