3 Mart, 2011
Rusiyanın ilk İslam kanalı fəaliyyətə başlamağa hazırdır

Rusiya dövlət başçısı D. Medvedyevin təlimatı ilə yaradılan ilk İslam kanalı Rusiya müsəlmanlarının son 20 ildəki uğuru kimi qələmə verilir.

Simsar.az xəbər portalı "Azerimuslims"ə istinadən bildirir ki, ancaq kanalın açılmasına qarşı olanlar da vardır. Rusiya Müftilət Birliyinin sədri Ruslan Qurbanov yeni kanalın ictimaiyyətə daha faydalı olacağını, siyasi, dini, idaman və digər proqramlarla xalqa xidmət edəcəyini qeyd edib.  Hətta ölkədə və xaricə baş verən hadisələrin analizi ilə bağlı proqramların da olacağı haqda məlumat verilib. Qadınlar üçün də xüsusi verlişlər olacaq. İran, Türkiyə və digər müsəlman ölkələrində çəkilən filimlərin də nümayişi planlaşdırlır. Kanalın açılmasında təkcə Rusiya hökuməti deyil, Küveyt dövlətinin də maliyyə dəstəyi təklif edəcəyi bildirilib.

Ancaq Rusiya İslam Birliyinin sədri Heydər Camal yeni proqramın müftilər tərəfindən hazırlanmasına qarşı çıxıb. “Belə olacağı təqdirdə hökumətə müxalif olan şəxslər kanalda hər hansı bir verliş təqdim edə bilməyəcək. Kanalın ölkədə yayımlanan provaslav kanalı “Soyuz”la müqayisə edilməsi yersizdir. Belə düşünürəm ki, bu kanal müsəlmanların təsirinin azalmasına gətirib çıxaracaq. Müsəlmanların azad və xeyirlərinə xidmət edən bir mətbuata ehtiyacları vardır”, - Heydər Camal deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!