3 Mart, 2011
Tərtərdən etiraz dalğası gələ bilər

Şotlanlı sakinləri yayda  tutulanların azadlığını tələb edir.

Tərtərdə yerli sakinlərlə məcburi köçkünlər arasında münaqişənin yenidən alovlanması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Bir neçə ay bundan öncə Tərtərdə yerli əhali ilə Ağdamdan qaçqın düşən və Tərtərin Şotlanlı kəndində məskunlaşan insanlar arasında insident yaşanıb. İnsident zamanı bir neçə nəfər həbs olunub.

Bu gün saytımıza məlumat daxil olub ki, həbs olunanların yaxınları onların dərhal azadlığa buraxılması tələbi ilə yenidən aksiyalara hazırlaşır.

Simsar.az-ın əməkdaşı məsələyə münasibət bildirməsi üçün Tərtərin deputatı Sahib Alıyevə əlaqə saxlamağa cəhd göstərib. Deputatın mobil  telefonuna dəfələrlə zəng olunsa da, nömrəyə zəng çatmayıb. 

Tərtərin keçmiş deputatı Aynur Quliyeva Simsar.az-a bildirib ki, rayonda yerli əhali ilə məcburi köçkünlər arasında qarşıdurmanın yenidən baş verdiyindən məlumatsızdır.

Ötən ilin iyununda yaşanan qarşıdurmaya hüquq mühafizə orqanlarının müdaxiləsinin ardından Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov Tərtərdə olub, əhali ilə görüşüb. Bundan sonra qarşıdurmaya son qoyulub.

Tərtərdə yerli sakinlərlə məcburi köçkünlər arasında münaqişənin yenidən alovlanması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Bir neçə ay bundan öncə Tərtərdə yerli əhali ilə Ağdamdan qaçqın düşən və Tərtərin Şotanlı kəndində məskunlaşan insanlar arasında insident yaşanıb. İnsident zamanı bir neçə nəfər həbs olunub.

Bu gün saytımıza məlumat daxil olub ki, həbs olunanların yaxınları onların dərhal azadləğa buraxılması tələbi ilə yenidən aksiyalara hazırlaşır.

Simsar.az-ın əməkdaşı məsələyə münasibət bildirməsi üçün Tərtərin deputatı Sahib Alıyevə əlaqə saxlamağa cəhd göstərib. Deputatın mobil  telefonuna dəfələrlə zəng olunsa da, nömrəyə zəng çatmayıb. 

Tərtərin keçmiş deputatı Aynur Quliyeva Simsar.az-a bildirib ki,
rayonda insidentin yenidən baş qaldırması ilə bağlı məlumatdan xəbəri yoxdur.

“Azadlıq” qəzetini yazdığına görə, “Şotlanlı işi”nə görə hüquq mühafizə orqanları yerli sakinlərə təzyiqlər edir. Qarşıdurnada tərtərlilərə silah qaldırmış Ədalət adlı kənd sakini həbs olunsa da, sonradan azadlığa buraxildı. İndi sakinlərə təzyiqlər göstərirlər ki, Ədalətin silahdan istifadə etməsi ilə bağlı məhkəmədə ifadə verməsinlər.
 
Narazı sakinlərlə əlaqə saxlayıb baş verənlərə onların münasibətini öyrənməyə çalışdıq. Adının çəkilməsini istəməyən etirazçılardan biri həqiqətən də növbəti aksiyalara hazırlaşdıqlarını bildirdi. Yaxın günlərdə KİV üçün daha geniş məlumatla çıxış edəcəklərini vurğuladı.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!