3 Mart, 2011
6 yol polisi xidmətdən xaric olundu, 1 əməkdaş vəzifədən çıxarıldı

Daxili işlər naziri Ramil Usubov Yol Patrul Xidmətinin 6 əməkdaşının xidmətdən xaric olunması, 1 əməkdaşın isə tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xidmətdən xaric olunan yol polisləri yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə cəzalandırılıblar. Digər polis əməkdaşı isə xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yumduğu üçün işdən azad edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!