2 Mart, 2011
Azercell deputatı 81 manat ziyana salıb

Fəzail Ağamalı məhkəməyə üz tutacaq

Azərbaycan Milli Məclisinin üzvü, Ana Vətən Partiyasının sədri Fəazil Ağamalı “Azərcell” Telekomu məhkəməyə verir. Bu barədə Simsar.az-a açıqlamasında millət vəkili özü bildirib. Deputat deyib ki, bir müddət əvvəl bu şirkətə məxsus “data kart” alıb: 

“Mən onlardan “data kart” almışam. Qısa müddət ərzində isə ona düz 81 manat pul yükləmişəm. Lakin heç interneti açmamış xəbər gəlir ki, bəs yenidən pul qoymaq lazımdır. Mən bunu insanların labirintə salınması kimi qiymətləndirirəm. Hesab edirəm ki. məsələyə bu şəkildə şərtlər və qaydalar düzgün deyil, istifadəçilərin haqqı tapdanır” .

F. Ağamalı məsələ ilə bağlı yaxın günlərdə məhkəməyə üz tutacağını və “Azərcell”dən təzminat tələb edəcəyini deyib: “İndi bu işdən yaxşı məlumatı olan vəkil axtarıram” .

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!