2 Mart, 2011
Xarici işlər naziri martın 7-də İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-8-də İrana səfər edəcək. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.

Səfərdə məqsəd İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etməkdir. Xatırladaq ki, bu komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi rəhbərlik edir. 
Elmar Məmmədyarovun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!