2 Mart, 2011
Səhiyyə naziri yeni əmr imzaladı

16 iri şəhər və rayonlara tibb mütəxəssisləri ezam olunacaqlar

Səhiyyə Nazirliyinin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış əmrin davamı olaraq yeni “Ezamiyyə barədə ”əmr imzalanıb. Simsar.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əmrə əsasən respublikanın şəhər və rayonlarında əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin yerində araşdırılması və həllinin təmin edilməsi məqsədi ilə 16 iri şəhər və rayonlara tibb mütəxəssisləri ezam olunacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!