2 Mart, 2011
Qəddafi tutulan şəhərləri geri alır

Qoşunlar Liviyanın şərqindəki şəhərlərə hücuma keçdi

Liviya lideri Müəmmər Qəddafiyə sadiq hərbi qüvvələr ölkənin şərqində qiyamçıların nəzarət etdiyi bir neçə şəhərə hücuma keçib. Simsar.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, hökumət qüvvələri artıq Benqazidən 200 kilometr qərbdə, Aralıq dənizi sahilində yerləşən Marsa-əl-Breq şəhərində nəzarəti təmin ediblər. 

Şahidlərin bildirdiklərinə görə, küçə döyüşlərində ən azı 14 nəfər ölüb. Marsa-əl-Breq Liviyanın neft ixracı sahəsində vacib liman şəhəridir və şəhərin yaxınlığında beynəlxalq aeroport yerləşir. Şəhərdə böyük neft emalı, eyni zamanda maye qaz zavodu var.

“Əl-Cəzirə” telekanalı isə Müəmmər Qəddafiyə sadiq qüvvələrin hazırda Acdabiya şəhərinə havadan zərbə endirdiyi barədə məlumat yayıb. Bu şəhərdə qiyamçılar hərbi baza və silah anbarını ələ keçiriblər.

Qeyd edək ki, dünən Müəmmər Qəddafiyə sadiq hərbi qüvvələrin strateji əhəmiyyətə malik olan və paytaxt Tripolidən 50 kilometr qərbdə yerləşən Zaviy a şəhərini geri almaq cəhdlərinin nəticə verməyib.

Ümumilikdə, Qəddafinin artıq 4 şəhərə nəzarəti bərpa etdiyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!