2 Mart, 2011
Elmar Hüseynov anıldı

Çıxış edənlər qatillərin tututlmamasından narahatlıq bildiriblər

Bu gün saat 12-də mərhum jurnalist Elmar Hüseynovun məzarı ziyarət olunub. 2005 ci il martın 2-də evinin girəcəyində qətlə yetirilmiş E.Hüseynovun xatirəsini yad etmək üçün media nümayəndələri siyasətçilər, ictimai fəallar anım mərasimi keçiriblər. 


Mərasimdə Müsavat və AXCP-nin rəhbərliyi, hüquq müdafiəçiləri də iştirak edib. Mərhum Hüseynovun atası və qardaşı Elmarı yad edənlərə təşəkürünü bildirib.

Mərhum jurnalisin məzarı qarşısında çıxış edənlər onun qatillərinin tututlmamasında narahat və narazı olduqlarını bildirib, hakimiyyətdən qatillərin və sifarişçilərin tapılmasını tələb ediblər.

Anım mitinqinin sonunda qərara alınıb ki, bu gün saat 20.30-da tədbiri Elmar Hüseynovun yaşamış olduğu evin girəcəyində davam etdirsilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!