2 Mart, 2011
Tripolidə güclü partlayış

Bu səhər Liviyanın paytaxtı Tripolidə güclü partlayış baş verib.

Simsar.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, tələfat barədə məlumat hələ daxil olmayıb. 

“Mayak” radiostansiyası isə yanacaq daşıyan yük maşınının partladığı və partlayış baş verən yerə Liviya lideri Müəmmər Qəddafinin çoxlu sayda tərəfdarlarının toplaşdığı barədə məlumat yayıb. Olayın təxribat olub-olmadığı bilinmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!