2 Mart, 2011
Türkiyədə axtarışda olan şəxs Azərbaycanda tutulub

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışa verilmiş Türkiyə vətəndaşı tutulub.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumatına görə, Türkiyə Cinayət Məcəlləsinin 88.1, 35.2, 29, 62.1 və 53.1-ci maddələri (adam öldürməyə cəhd və bədənə xəsarət yetirmə) ilə axtarışda olan Türkiyə vətəndaşı Ergen Mesut Ali oğlu Azərbaycanda yaxalanıb.

Araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!