2 Mart, 2011
ABŞ generalı: “Liviyanı təcili bombalamaq lazımdır”

Liviya səmasını uçuşlara bağlamaq üçün bu ölkəni təcili bombalamaq lazımdır.

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu Senatda dinləmələr zamanı ABŞ-ın Fars körfəzindəki ordusunun komandanı, general Ceyms Mattis söyləyib. 


O deyib ki, illüziyaya qapılmaq lazım deyil: “Liviyanın səmasını uçuşlara qadağan etmək üçün Liviyanın Hava Hücumundan Müdafiə sistemini dağıtmaq lazımdır. Buna da yalnız bombalama nəticəsində nail olmaq mümkündür. Yoxsa siz insanlara deyə bilməzsiniz ki, bəli, artıq uça bilməzsiniz”.


Qeyd edək ki, hazırda Süveyş kanalından keçməklə Liviya sahillərinə ABŞ-ın 2 döyüş gəmisi yaxınlaşır. Gəmilərin göyərtəsində 800 dəniz piyadası və döyüş vertolyotları var. “USS Enterprise” təyyarə daşıyan gəmisi də Liviya sahillərinə doğru hərəkət edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!