2 Mart, 2011
MİSİR MƏRDƏNOV MÜƏLLİMƏ HƏDİYYƏNİ RÜŞVƏT HESAB ETMİR

“8 mart – Qadınlar bayramı münasibətilə qadın müəllimləri təbrik edənlərin qabağını kəsməməliyik”.

Təhsil naziri Misir Mərdanov 8 mart bayramı ərəfəsində məktəblərdə şagirdlərdən pul yığılmasına münasibət bildirərkən deyib ki, hər kəs öz müəlliməsini arzu və istəyinə uyğun olaraq bu və ya digər şəkildə təbrik edə, hədiyyə ala bilər. Nazir jurnalistlərə açıqlamasında onu da qeyd edib ki, istər 8 mart bayramı ərəfəsində, istərsə də digər bayramlarda məktəblərdən pul yığılması təhsil sisteminə zərbə vurmamalı, müəllim nüfuzuna xələl gətirməməlidir: “Mən məktəblərdə hər hansı ad altında şagirdlərdən, valideynlərdən pul yığılmasının əleyhinəyəm. Bununla belə, kimsə öz müəllimini təbrik etmək istəyirsə, burada da qəbahət yoxdur. Yəni, belə hallar təhsilin, müəllimin, məktəbin nüfuzuna xələl gətirməməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!