2 Mart, 2011
Qiymət artımına Mərkəzi Bank reaksiya verdi

Azərbaycan Mərkəzi Bankı martın 1-dən uçot dərəcəsini 5%-ə qaldırıb. Bankda Turan-a deyiblər ki, faiz dəhlizinin üst həddi dəyişməyib: üst - 7%, aşağı - 1%.

Pul kütləsinin artımının xarici monetar amillərinin tənzimlənməsi məqsədi ilə bank sektorunun xarici öhdəliklər üzrə icbari ehtiyat norması 3%-dək (əvvəllər 0,5% idi) artırılıb.
AMB İdarə Heyəti qərarı "dünya bazarında ərzağın bahalanması və dünya iqtisadiyyatında inflyasiya tendensiyası" ilə əsaslandırır. Qeyd edilir ki, ölkənin valyuta ehtiyatları artır, pul kütləsinin artım mənbələri tədiyə balansının böyük profisiti fonunda genişlənib, qeyri-neft sektorunda artım var, xidmət sektorunda tələbat artıb. Bu isə öz növbəsində inflyasiya üzərində nəzarəti və preventiv tənzimləmənin gücləndirilməsini aktuallaşdırıb.
Sonuncu dəfə uçot dərəcəsi 1 noyabr 2010-cu ildə dəyişib. Onda o, 2%-dən 3%-ə artırılmışdı. --15V--

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!