2 Mart, 2011
Misir Mərdanov: “Nəticələr məni qane etmir”

Təhsil naziri buraxılış siniflərində təhsil alan şagirdlərin bilik səviyyəsinin aşağı olmasından narahatdır

“Bu yaxınlarda keçirilən sınaq imtahanlarının nəticələri məni qane etmir”. Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov 2010-2011-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsində bildirib. 

Onun sözlərinə görə, həmin imtahanlar buraxılış siniflərində təhsil alan şagirdlərin bilik səviyyəsinin aşağı olmasını göstərir və bu qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin yüksək nəticə göstərə biləcəklərini bir qədər çətinləşdirir. Bununla belə o deyib ki nazirlik TQDK ilə öz işini əlaqələndirir və təhsil sahəsindəki problemlərin aradan qaldırılması üçün qarşılıqlı iş birliyi çərçivəsində iş aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!