4 Mart, 2014
İki əməliyyat sistemli smartfonlar təqdim olunacaq

Hindistanın Karbonn Mobiles şirkəti yeni, iki əməliyyat sistemi ilə işləyən smartfonların buraxılmasını nəzərdə tutub. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki,  “Android” və “Windows Phone 8” sistemləri əsasında işləyəcək vasitənin təfərrüatları açıqlanmasa da ilkin məlumata görə vasitə 2014-cü ilin iyununda satışa buraxılacaq. İkili əməliyyat sistemli smartfonların buraxılışına “Microsoft” şirkəti tərəfindən razılıq alan Karbonn Mobiles, şirkətlə lisenziya müqaviləsi bağlayıb.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!