3 Mart, 2014
“Sovetski”yə polis yeridildi, əhali müqavimət göstərir – FOTOLAR

Polisin yolları bağlamasından sonra “Sovetski” sakinləri evlərinə gedə bilmədiklərindən şikayət edirlər. Sakinlər onları həmin ərazidən kənarlaşdıran polislərə etirazlarını bildirirlər.

Yenidən bir neçə nəfər polis tərəfindən saxlanılıb. Saxlanılanlardan birinin valideyni oğlunun dükanın qabağında sakitcə dayandığını nə üçün saxlanıldığını bilmədiyini dedi.

Əhali polis tərəfindən həmin şəxslərin polis avtomobillərinə mindirilməsinə qarşılıq olaraq müqavimət göstərir.

Hadisədən bir neçə dəqiqə sonra Çevik Polis Alayı tərəfindən həmin ərazidən əhalini uzaqlaşdırmaq üçün cərgə yaradılıb.

Ülviyyə Cövdətqızı

Fotolar: Nuranə Novruz






















Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!