2 Mart, 2011
Hüsnü Mübarək tapıldı

Misirin bir müddət əvvəl devrilmiş prezidenti Hüsnü Mübarək Səudiyyə Ərəbistanındadır.

Simsar.az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, o, bu ölkənin xəstəxanalarından birində müalicə alır.

Qeyd edək ki, postunu itirdikdən bir neçə gün sonra insult olduğuna dair xəbərlər yayılmış Mübarəkin yeri haqda fərqli xəbərlər var. Bəziləri onun Qahirədə müalicə olunduğunu, digərləri Şarm əş-Şeyxdə olduğunu bildirirdi.

Onun Səudiyyə Ərəbistanında olduğuna dair xəbər də eks-prezidentin ətraf tərəfindən hələ ki təsdiqlənmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!