2 Mart, 2011
Deyirlər qar yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, səhər və axşam yarımadanın bəzi ərazilərində az çiskinli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gün ərzində mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!