2 Mart, 2011
Omanda etirazlar aksiyaları davam edib

Oman təhlukəsiszlik qüvvələri şimali sənaye şəhəri olan Soharın limanına gedən yolu bağlayan nümayişçiləri dağıdıblar.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri havaya atəş açıqdan sonra bir nəfər yaralanıb. Şahidlər həmçinin tankların əraziyə gətirildiyini bildirib.

Artq dördüncü gündür ki, Omanda nümayışlar keçirilir. Körfəz dövlətinin sakinləri daha çox iş yerləri, yüksək maaş və demokratik islahatlar tələb edirlər. Sultan Qabus bin Səid 1970-ci ildən bəri Omanı idarə edir.

Bazar günü Soharda nümayişçilər polis məntəqəsini və başqa binaları yandırdıqdan sonra polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmişdi. Oman hökuməti bir, nümayişçilər isə bir neçə adamın öldüyünü bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!