2 Mart, 2011
Türkiyə Ərbakanla vidalaşdı

Bu gün İstanbulda Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanla vida mərasimi keçirilib.

Simsar.az-ın məlumatına görə, mərasimdə Türkiyə hökumətinin rəhbərliyi də daxil olmaqla yüksək rütbəli şəxslər iştirak edib.

Ərbakanın dəfnində Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, dövlət, hökumət xadimləri, siyasətçilər, deputatlar, partiya liderləri və s. iştirak edib. Dəfn mərasiminə 100 minlərlə sadə insan qatılıb. Ərbakan Mərkəz Əfəndi Məzarlığında dəfn olunub.

Qeyd edək ki, N. Ərbəkan fevralın 27-də Anakarada uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!